XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 13:03

Dünya ABŞ-dan nə gözləyir? – Təhlil

Son yeddi ildə nə qədər dəyişikliklər baş verib! ABŞ-dakı maliyyə böhranı bütün dünyada iqtisadi tənəzzül doğurdu. Avropadakı böhran isə Avropanın birliyini şübhə altına qoyub. Quzey Afrika və Yaxın Şərq ölkələrində hakimiyyətin devrilməsinə gətirib çıxaran etiraz çıxışları vətəndaş müharibəsinə və ekstremizmin görünməmiş tüğyanına çevrildi. Türkiyə və Braziliya kimi çevik şəkildə inkişaf edən ölkələrdə kütləvi etirazlar şəhərləri silkələyir. Ukrayna və Rusiya müharibə durumundadır. çinin qonşuları getdikcə daha çox narahatlıq hiss edir. Kiberməkan yeni mübarizə və rəqabət meydanına çevrilib.

Dəyişimlər və silkələnmələr yeni risk və imkanlar doğurur. Salamat qalmış qurumlar, müəssisələr, dövlət və ictimai institutlar boş yerə güclü və bacarıqlı çıxmadı: onlar daha həyat qabiliyyətli və dəyişimlərə uyğunlaşandır.

Biz niyə buralara gəlib çıxdıq və bu silkələnmələr yaxın on ildə niyə davam edəcək?

Soyuq müharibə dövrü təhlükəli olsa da, eyni zamanda nisbətən sabitlik idi. 1962-ci il Karib böhranı vaxtı dünya sanki fəlakətin kənarında idi, lakin nüvə silahının varlığı buna gətirib çıxartdı ki, Vaşinqtonla Moskva bibaşa qarşıdurmaya girmədən Koreya, Vyetnam, Anqola və Əfqanıstanda öz müharibələrini aparırdı.

Dünya iqtisadiyyatı indiki kimi bu qədər qarşılıqlı asılılıqda deyildi, nəticədə ümumi böhran riski az idi. Dünya daha proqnozlaşdırıla bilən idi, çünki hakimiyyət hər şeydən əvvəl hökumətlərin əlində idi. Rabitə texnologiyaları o zaman insan qrupları və ayrı-ayrı şəxslərə öz ideyalarını sərhəddən o yana ötürməyə imkan vermirdi.

1990-cı illərin əvvəli qeyri-sabit idi, lakin bununla belə, xüsusi təhlükə ehtiva etmirdi, çünki ABŞ-ın iqtisadi, hərbi və siyasi qüdrətinə tay olası gerçək rəqiblər yox idi.

Blokların dağılması Yuqoslaviya və Qafqazda zorakılığın alovlanmasına gətirib çıxartdı, lakin bu, beynəlxalq münasibətlər sisteminə təhlükə yaratmadı.

Argentina, Meksika, güney-şərqi Asiya və Rusiyadakı iqtisadi böhranlar kəskin, lakin nisbətən idarə edilən idi. Yaxın illər, çox güman ki, qeyri-sabit olacaq, çünki dünya liderliyi getdikcə daha da zəif düşür.

Amerikalılar İraq və Əfqanıstan müharibələrindən sonra artıq istəmirlər ki, Ağ Ev fövqəldövlət xarici siyasəti yürütsün. Avropa Yunanıstan problemi və Avropa layihəsinin gələcəyinə görə narahatdır. Dünya iqtisadiyyatı heç vaxt olmadığı qədər çevik şəkildə inkişaf edən və öz daxili problemləri ilə üz-üzə qalmış ölkələrdən asılıdır (bu da sabitsizlik təhlükəsi yaradır). Bu ölkələrdən ən böyüyü olan çin islahatlar proqramı tarixində ən çətinlərindən birini həyata keçirdir.

Yəni Yer kürəsinin qaynar nöqtələrinə müdaxilə ilə bağlı məsrəf və riskləri heç kim öz üzərinə götürməyə hazırlaşmır.

Yeni rabitə texnologiyaları yalnız inamsızlığı dərinləşdirdi, çünki daha çox insan qrupları və ayrı-ayrı şəxslərə öz maraqlarını güdməyə imkan verir. Terror qurumları bu vəziyyətdən və dünya miqyasındakı hakimiyyət boşluğundan yeni təhdidlər yaratmaq qəsdilə istifadə edir.

Dünya yeganə fövqəldövlət olaraq qalan ABŞ-dan ən yaxın illərdə nə gözləməlidir? Namizədlər 2016-cı ilin noyabrında prezident seçkilərinə qartılmaq niyyətlərini bildiriblər. Seçicilər onlardan hansı xarici siyasəti istəyəcəklər?

Mən ictimai rəyin öyrənilməsi üzrə Survey Monkey şirkəti ilə birlikdə “Superpower: Three Choices for America’s Role in the World” kitabım əsasında Amerikanın gələcək xarici siyasəti üzrə üç variantdan birini seçməyi təklif edib 1044 amerikalıya 10 sual verdim. Sorğu olduqca marqlı nəticələr verdi, lakin ən maraqlısı müxtəlif nəslə mənsub insanların cavablarındakı böyük fərq idi. Yaşı 60-dan çox olanlar yüksək ehtimalla “Başqa heç bir ölkə dünyaya lazım olan liderliyi həyata keçirtməyə qadir deyil” fikri ilə razılaşırlar. 18-44 yaşlı seçicilər hesab etməyə meyllidirlər ki, “ABŞ artıq özgələrinin problemləri ilə məşğul olmağı dayandırmalı” və daxili problemlərə daha çox diqqət yetirməlidir.

Beləliklə, bu nəticələr göstərir ki, amerikalılarn əksər hissəsi müasir narahat dünyada beynəlxalq məsələlərə daha az qarışmağı vəd edən prezidentliyə namizədləri dəstəklməyə meyllidir.

İan Bremmer

Eurasia Group”-un prezidenti, “Superpower: Three Choices for America’s Role in the World” kitabının müəllifi

“El Pais” (İspaniya), 16.06.2015