XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 11:49

Türk əsgəri PKK-lı terrorçularından ABŞ silahı ələ keçirdi –FOTO

pkk

Türkiyənin Mardin vilayətinin Nüşaybin rayonunun ərazisini PKK terrorçularından təmizləyən türk əsgərləri təşkilata aid bir çox silah və sursatı ələ keçirib.

Türk mediasının verdiyi xəbərə görə, ələ keçirilən silahlar arasında ABŞ istehsalı Antitank (AT-4) minaatanı türk ordu mənsublarını heyrətə salıb. Belə ki, bu silah ABŞ ordusu və NATO müttəfiqlərinin silah arsenalında qeydə alınıb.

Ümumiyyətlə, son dövrlərdə türk əsgərləri ilə savaşda öldürülən PKK terrorçularının əlindəki silahlar öz müasirliyi və texniki üstünlüyü ilə diqqəti cəlb edir. Belə ki əvvəllər yalnız rus silahlarından istifadə edən terroçular indi digər Qərb dövlətlərinin istehsalı olan avtomat, minaatan, xüsusi rabitə vasitələridən geniş istifadə edirlər.

Musavat.com