XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 18:07

“Bu, həyati məsələdir…” – Ərdoğan beynəlxalq aləmə çağırış etdi
Beynəlxalq aləmin təpkilərinə baxmayaraq, Misir Məhkəməsi keçmiş prezident Məhəmməd Mursi barəsində çıxarılmış edam hökmünün qüvvədə saxlanıldığını elan etdi. Mursi ilə bağlı edam cəzası çoxdan verilmişdi. Sadəcə bir aydan artıq idi ki, Misirdəki Ali Müftilik hökmü yenidən dəyərləndirirdi. Lakin göründüyü kimi, bu qurumun da qərarı fərqli olmadı. Və Misirin hazırkı rəhbərliyi Mursini ən qatı şəkildə cəzalandırmaq fikrindən daşınmadı.
Türkiyə hökuməti Mursi barəsində çıxarılmış edam hökmünün qüvvədə saxlanılmasını sərt şəkildə tənqid edib. Xarici işlər naziri Mövlud çavuşoğlu məhkəmə qərarının siyasi motivli olduğunu bildirib: «Qanunsuz və ədalətsiz qərardır. Mursi Misir tarixindəki ilk demokratik seçkilərdə xalqın səsini qazanaraq hakimiyyətə gəlmişdi. İndi onun belə bir hökmlə qarşı-qarşıya qoyulması Misirin ehtiyac duyduğu toplumsal barışla ziddiyyət təşkil edir. Misir tez bir zamanda bu yanlış yoldan dönməli, məlum hökmü ləğv etməlidir».
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Mursi barəsində edam hökmünün qüvvədə qalmasına münasibət bildirib. Ərdoğan bunu təməl hüquq və azadlıqların qətli kimi dəyərləndirib: «Misirin seçilmiş prezidenti Məhəmməd Mursi barəsində çıxarılan bu qərarı şiddətlə qınayırıq. Bu, hazırkı Misir hökumətinin hüququ ayaqlar altına atması deməkdir. Hökumətin sifarişi ilə çıxarılan qərarın ləğv edilməsi üçün beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırırıq. Bu Misir üçün həyati əhəmiyyət daşıyan məsələdir. Misirdə hüququn, demokratiyanın hakim olmasını arzulayan Türkiyə həmişə Misir xalqının yanında olacaq»(Azadliq.info).