XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 14:39

Həsən Ruhani:“Altmış ildə ilk dəfə olaraq qeyri-neft ixracının həcmi idxalı arxada qoyub”

ruhani-22.jpg

“Qərbi Azərbaycan vilayəti təkcə kənd təsərrüfatı baxımından deyil, həm də üç qonşu ölkə ilə həmsərhəd  olması baxımıdan strateji əhəmiyyət daşıyır.Dövlətin sərhədlərə çıxan yolların fəallaşdırmaq qərara alınıb”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri Azərbaycan ostanında səfərdə olan İran prezidenti Həsən Ruhani çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin Qərbi Azərbaycan vilayətinə səfəri zamanı 369 quruculuq layihəsi açılıb və 27 mühüm layihənin də təməli tökülüb. “Bu layihələrin başlanması ilə böyük bir dəyişikliyin şahidi olacağıq”.

İran prezidenti deyib ki, ötən altmış ildə ilk dəfə olaraq ölkənin qeyri-neft ixracat həcmi ölkənin idxalatını arxada qoyub.

Ruhaninin sözlərinə görə,  Qərbi Azərbaycan vilayəti kənd təsərrüfatı məhsulları ixracatının genişlənməsi üçün mühüm bir qütb sayılır.