XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 16:13

Almaniyadan ermənilərə zərbə –Merkel “erməni soyqırımı” müzakirəsindən imtina etdi

merkel

Almaniya Federal Məclisində “1915-1916-ci illərdə ermənilərin və digər xristian azlıqların soyqırıma məruz qalmasını xatırlama və anma” başlıqlı qanun layihəsinin müzakirəsinə 1 gün qalmış mühüm hadisə baş verib.

Almaniya kansleri Angela Merkel, Xarici İşlər naziri Frank-Valter Ştaynmayer və kanslerin birinci müavini, Sosial Demokrat Partiyasının sədri Siqmar Qabriel müzakirələrdə iştirakdan imtina ediblər.

Almaniya mediasında yayılan məlumata görə, Merkel sabah paytaxt Berlində təhsillə bağlı keçiriləcək bir tədbirə qatılacaq. Xarici İşlər naziri Frank-Valter Ştaynmayer isə uzun müddətdir planlaşdırılan Latın Amerikası səfərinə çıxacaq.

SPD sədri Siqmar Qabrile də Alman İnşaat Sənayesi Günü ilə bağlı bir tədbirə qatılacaq.

Bununla da Almaniya hökumətində yer alan 3 əsas şəxs qanun layihəsinin müzakirəsində iştirak etməyəcək(Axar.az).