XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 00:34

Ərdoğan yenə BMT-yə “yükləndi”:"Təhlükəsizlik Şurası daimi üzvləri arasında niyə Afrika dövləti yoxdur?"

erdoqan-23

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən BMT Təhlükəsizlik Şurasının fəaliyyətini tənqid edib və qurumun daimi üzvlərini müəyyən müddətə seçməyi təklif edib.

Bu barədə o, Uqandaya səfəri çərçivəsində bu ölkənin Entebbe şəhərindəki Makerere Universitetində çıxışı zamanı bəyan edib.

"Dünya bəşəriyyətin taleyini həll edən BMT Təhlükəsizlik Şurası daimi üzvlərindən daha böyükdür. Onların sırasında bir dənə Afrika dövləti yoxdur, bir müsəlman dövləti yoxdur. Qitələr arasında belə qeyri-bərabərlik ədalət prinsiplərinə ziddir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də (qeyri-daimilər kimi) müəyyən müddətə seçilməlidir", — deyə, Ərdoğan söyləyib.

Report