Agentlik İranın nüvə proqramının mümkün hərbi aspekti məsələsini aydınlaşdıra bilməyib
Atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE) Tehrandakı danışıqlarda İranın nüvə proqramının mümkün hərbi aspekti məsələsini aydınlaşdıra bilməyib və təkid edib ki, çərçivə razılaşmasının yerinə yetirilməsi sürətləndirilsin.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, İranla MAQATE 2013-cü ilin noyabrında əməkdaşlıq barədə çərçivə razılaşması imzalaylıb. İran öhdəliyinə götürüb ki, MAQATE-ni maraqlandıran məsələlərlə bağlı növbəli qaydada informasiya təqdim etsin və beynəlxalq ictimaiyyətin bəyan olunmamış nüvə fəaliyyəti barədə şübhəsini dağıtmaq üçün sənədlərə, heyətə, obyektlərə çıxış imkanı yaratsın. Əvvəlcə proses normal gedib, lakin ötən ilin yayından konkret nəticələr alınmır. İranın MAQATE ilə danışıqları “altılığın” danışıqlarından ayrıca gedir, lakin bir-birinə təsir edir.
Agentlik təkid edir ki, əməkdaşlıq haqqaında çərçivə müqaviləsi üzrə mövcud proses sürətləndirilməlidir.