XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 10:41

Tacikistanda ümumxalq referendumu:son nəticələr elan olundu

Tacikistanda Konstitusiyaya düzəliş və əlavələrlə bağlı keçirilən ümumxalq referendumunun son nəticələri elan edilib.

Tacikistan Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının yaydığı məlumata görə, referendumda səs hüququ olan vətəndaşların 92 faizi iştirak edib ki, bu da 4 milyon 95 min 422 səs deməkdir.

Yekun nəticələrə əsasən hazırki Prezident Emoməli Rəhmon bundan sonra istənilən qədər prezident seçilə bilər. Yeni düzəlişə görə, prezidentliyə namizədin yaş senzi 35-dən 30-a endirilib.

Əsas Qanuna edilən əlavəyə əsasən Konstitusiya Şurası ləğv olunur, milli və dini xarakterli partiya və hərəkatların yaradılması, siyasi partiyaların xarici ölkələr tərəfindən maliyyələşdirilməsi qadağan edilir.

Xatırladaq ki, Tacikistan Prezidentinin indiki səlahiyyət müddəti 2020-ci ildə başa çatır.