Onlar öz dini qənaətlərinə zidd olan bir sıra dəyərli binaları məhv ediblər
İŞİD terror qruplaşmasının döyüşçülləri Mosulda Müzəffər Georgi (Cərcis peyğəmbər) xristian məbədini partladıblar.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, şəhərin şimal-qərbində yerləşmiş məbəd Mosul xristianları arasında böyük ehtirama malik idi.
Yayılmış məlumatlara görə, ekstremistlər məbədinn yaxınlığındakı bir neçə yaşayış binasını da dağıdıblar.
Mosul 2014-cü ilin iyunundan İŞİD-n nəzarəti altındadır. Onlar bu müddət ərzində öz dini qənaətlərinə zidd olan bir sıra dəyərli binaları məhv ediblər. Belə ki Yunis peyğəmbərin məscidi və sərdabəsi, həmçinin orta əsrlərə aid Cərcis peyğəmbər məscidi yerlə yeksan edilib.