XƏBƏR LENTİ

15 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 12:53

Bundestaq erməni “soyqırımını” tanıyacaq?- Bu gün səsvermə olacaq

Bu gün Almaniya parlamentinin (Bundestaq) deputatları 1915-ci ildə baş verən hadisələrin “soyqırımı” kimi tanınmasına dair qətnamə layihəsini müzakirə edəcəklər.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, sənədi dəstəkləyənlər arasında kansler Angela Merkel də var, lakin o, Bundestaqın iclasına qatılmayacaq.

Ankara ötən əsrin əvvəlində Osmanlı İmperiyası zamanında baş verən hadisələri soyqırımı kimi qəbul etmir. Almaniyada yaşayan 3,5 milyonluq türk əsilli vətəndaş qətnamənin qəbulunu əleyhinə kütləvi nümayiş keçirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım bu sənədin qəbulunun Türkiyə və Almaniya münasibətlərinə xələl gətirəcəyini bildiriblər. Baş nazir erməni “genosidi” haqqında qanun layihəsinin AFR parlamentində planlaşdırılan müzakirəsini “dostluq üçün test” adlandırıb.