XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 15:53

“Hər zaman olduğum ölkənin zamanına görə yaşamağa çalışıram” –Lavrov

lavrov

Rusiyanın xarici siyasətinə 12 ildir istiqamət verən Xarici İşlər naziri Sergey Lavrov şəxsi həyatından danışıb.

“Komsomolskaya Pravda” qəzetinə müsahibə verən 66 yaşlı təcrübəli siyasətçi ən pis vərdişinin siqaretə alüdəçilik olduğunu deyib:

“Xarici İşlər Nazirliyinin binasında siqaret çəkmirəm. Rusiya qanunlarını poza bilmərəm. Amma məncə, qanunlar Avropa ilə müqayisədə çox irəli gedib. Əslində, siqaret çəkməyənləri narahat etməmək şərti ilə yeni qaydalar tətbiq oluna bilər”.

Tez-tez səfərlərdə olan Lavrov olduğu ölkənin zaman diliminə görə hərəkət etdiyini deyib: “Gecələri yatıram. Hər zaman olduğum ölkənin zamanına görə yaşamağa çalışıram”.

Getdiyi ölkələrin milli yeməkləri ilə maraqlandığını deyən Lavrov bundan xüsusi zövq aldığını gizlətməyib: “Bir ölkəyə getdiyinizdə mütləq yerli yeməkləri dadmalısınız. Bura Çin, Yaponiya və ya İtaliya da ola bilər. Mənə gəldikdə isə, hər şeyi yeyə bilərəm”.

Lavrov haqqında bilinməyən xüsusiyyətlərdən biri də Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun marşının müəllifi olmasıdır. Dediyinə görə, o, lap uşaq yaşlarından şer yazırmış. Ancaq bu məşğuliyyəti zamanla buraxmaq məcburiyyətində qalıb.

Lavrov boş vaxtlarında idmanla da məşğul olduğunu deyib. “Spartak Moskva” fanatı olan siyasətçi raftinq idman növünə də böyük maraq göstərdiyini deyib(Axar.az).