XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 07:29

Suriyada döyüşən terrorçuların sayı açıqlandı –100 ölkədən 40 min nəfər

suriya-2

Suriyadakı hərbi əməliyyatlarda terror qruplaşmalarının sıralarında 40 minədək əcnəbi silahlı döyüşür.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin terrorçuluqla mübarizə üzrə əlaqələndiricisi Castin Sayberell bildirib.    

“Suriyada, ümumilikdə, 100 ölkədən gəlmiş 40 minədək silahlı döyüşür”, – deyə Sayberell brifinqdə bildirib.   

Onun sözlərinə görə, bu rəqəmlər ABŞ kəşfiyyatının təhlili nəticəsində müəyyən edilib. Sayberell əlavə edib ki, ölkələrin səyləri nəticəsində əcnəbi silahlılar son zamanlar Suriya ərazisinə çətinliklə keçə bilir.