XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 13:14

ABŞ nüvə mühərriki üçün İrandan ağır sualacaq

aqir su

ABŞ-ın İrandan ağır su almaq üzrə öhdəliyi gerçəkləşmək üzrədir.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.

Onun sözlərinə görə, ağır su satışı ilə bağlı ABŞ qarşısında bir neçə öhdəlik qoyulub və bu öhdəliklər yerinə yetirilməkdədir:

“Bir zamanlar İranın "ağır su" təsisatlarının bağlanmasına çalışan ölkə bu gün onun satışı ilə bağlı üzərinə öhdəlik götürür və bu siyasi, hüquqi və beynəlxalq baxımdan böyük əhəmiyyət daşıyır”.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü digər ölkələrə də ağır su satışı ilə bağlı müzakirələrin aparıldığını bildirib: “Bu xüsusda yaxşı şərait yaranıb və əgər Amerika öz öhdəliyinə əməl edərsə, digər ölkələr üçün da artıq şübhəli bir durum qalmayacaq”.

Qeyd edək ki, ağır suyu sənayedə adi sudan elektroliz, fraksiyalı distillə üsulları ilə alırlar. Ağır su nüvə mühərriklərində neytron yavaşıdıcısı kimi və ya deytron mənbəyi kimi istifadə olunur.