XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 15:48

“Bizə yemək lazımdır” şüarı ilə Prezident iqamətgahına hücum –Böhran

venesuella-polis

Venesuelanın paytaxtı Karakasda yüzlərlə etirazçı “bizə yemək lazımdır” şüarları ilə prezident Nikolas Maduronun iqamətgahı olan Miraflores sarayına doğru yürüş ediblər.

Etirazçıları qarşılayan aşayiş qüvvələri onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bildirilir ki, ani etiraz dalğası bir qrup şəxsin ərzaq malları ilə dolu olan yük maşınını oğurlamaq cəhdindən sonra baş qaldırıb.

Qeyd edək ki, Venesuelada ağır iqtisadi və siyasi böhran davam edir. Ölkənin valyuta daxilolmalarının əsas mənbəyi olan neft qiymətlərinin enməsi vəziyyəti kritik həddə çatdırıb.

APA