XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 12:29

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq

AI.jpg

ABŞ-ın Röyter agentliyi öz mənbələrinə istinadən Avropa İttifaqı ölkələrinin daimi nümayəndələrinin Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay, 2016-cı il yanvar ayının sonuna qədər uzadılmasına tərəfdar çıxdığı barədə məlumat yayıb.

Xatırladaq ki, Rusiyaya və Krıma qarşı sanksiyaların müddəti iyunun 23-də başa çatır. Bir müddət əvvəl Lüksemburqun Avropa İttifaqı yanındakı xüsusi nümayəndəsi Kristian Braun Rusiyaya qarşı sanksiayaların 6 ay uzadılmasının məqsədəuyğun olduğunu açıqlamışdı. O bildirmişdi ki, bu müddətdə Rusiyanın Minsk razılaşmalarına nə dərəcədə əməl etməsini qiymətləndirmək mümkün olacaq.

Daimi nümayəndələrin müzakirələrindən sonra Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı qərarın Avropa İttifaqı Nazirlər Şurasında qəbul olunacağı və açıqlanacağı gözlənilir.

Strateq.az