XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 10:54

Pakistan müdafiə xərclərini11 faiz artırır

Pakistanın müdafiə naziri İsxak Dar bildirib ki, gələn ildən ölkənin müdafiə büdcəsi 11 faiz artırılacaq.

Onun sözlərinə görə, silahlı qüvvələr “Taliban” radikal qruplaşmasının aktiv fəaliyyət göstərdiyi regionlarda terrorçuların məhv edilməsi istiqamətində çox iş görür və bu istiqamətdə tədbirlər davam etdirilir.

İ.Dar deyib : “Terrorçuların fəaliyyəti səbəbindən ölkəyə sərmayə qoyuluşunun həcmi nəzərəçarpacaq dərəcədə azalıb. Bu da ölkə iqtisadiyyatına kəskin zərbə vurur”.

Pakistanda kasıblığın səviyyəsi yüksəkdir. Buna baxmayaraq, son bir neçə il ərzində müdafiə xərcləri davamlı olaraq qaldırılır(azərtac).