Argentina prezidenti Maurisio Makrinin vəziyyəti dünən qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentin ürəyində problem yaranıb.
Rezidensiyasında jurnalistlərlə söhbət zamanı Makri özünü pis hiss edib və görüşü yarımçıq saxlamalı olub.
Həkimlər prezidentin səhhətində ciddi problem olmadığını və tezliklə xəstəxanadan çıxacağını bildiriblər.