XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 14:29

Məhəmməd Əli ilə vida mərasimiLuisvilldə keçiriləcək

“XX əsrin idmançısı” ilə vida mərasimi və dəfn Kentukki ştatının Məhəmməd Əli üçün doğma olan Luisvill şəhərində keçiriləcək.

Dünyanın ən məşhur idmançılarından biri olan Məhəmməd Əli ölümündən iki gün əvvəl tənəffüs sistemində yaranan problemlə bağlı yerləşdirildiyi Arizona ştatının Feniks şəhər xəstəxanasında dünyasını dəyişib. Onun ölümü idman dünyasını dərindən kədərləndirib.

Xatırladaq ki,1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli peşəkar karyerası ərzində 37-si nokautla olmaqla, 56 döyüşdə rinqi qələbə ilə tərk edib. O, keçirdiyi 61 döyüşün yalnız 5-də məğlubiyyətə uğrayıb. Onun adı peşəkar boksun simvoluna çevrilib.

Məhəmməd Əli 1960-cı ildə Roma Olimpiya Oyunlarının çempionu olub, 1999-cu ildə isə “Əsrin idmançısı” seçilib.

1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində doğulan Məhəmməd Əli İslam dinini qəbul edənədək Kassius Marsellus Kley (Cassius Marcellus Clay) adını daşıyıb(azərtac).