Mayda İraq kürd muxtar regionundan gündəlik orta hesabla 513 min 41 barrel neft ixrac edilib.
Bu barədə İraq kürd muxtar regionunun Təbii Ehtiyatlar Nazirliyinin rəsmi saytında məlumat verilir. Bildirilir ki, mayda regiondan ümumilikdə 15 milyon 904 min 271 barrel neft ixrac olunub. Keçən ay Türkiyənin Ceyhan limanından 8 gəmiyə neft yüklənib, 4 gəmi neftin ödənişi nağd olaraq alınıb(azərtac).