XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 18:33

Merkelə VIP helikopterdə uçmaqqadağan edildi

merkel

AFR kansleri Angela Merkel və onun hökumət üzvləri müvəqqəti olaraq “Cougar” bundesverinin VIP helikopterlərindən nəqliyyat vasitəsi kimi imtina etməli olacaqlar. Bu gün HHQ inspektoru Karl Mülner təhlükəsizlik mülahizələrinə görə bu 20 metrlik maşınların istismarını qadağan edib.

Dünən Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) isə müvafiq helikopterin “Super Puma” adlı analoji mülki versiyasının istismarına qadağa qoyub. Bu, helikopterin Şimal dənizinin Norveç sahilində may ayında qəzaya uğramasından sonra baş verib. O zaman helikopterdəki 13 nəfər həlak olub. Ekspertlər güman edirlər ki, Avropanın “Airbus” konserninin istehsalı olan helikopter texniki səbəbdən qəzaya uğrayıb(azərtac).