XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 19:49

Pan Gi Mun:"Laqeydliyi aradan qaldırmağa çağırıram"

Pan Gi Mun

“Dünya Ətraf Mühit Günündə mən təkidlə insanları və hökumətləri hamılıqla laqeydliyi aradan qaldırmağa, xəsisliklə mübarizə aparmağa, təbii irsimizi indiki və gələcək nəsillər üçün qorumaq naminə fəaliyyətə keçməyə çağırıram”.

BMT-nin Xəbərlər Mərkəzi xəbər verir ki, bu fikirlər 5 iyun – Dünya Ətraf Mühit Günü münasibətilə BMT-nin Baş katibi Pan Gi Munun müraciətində yer alıb.

Müraciətdə vurğulanır ki, bu il Dünya Ətraf Mühit Gününün keçirilməsi vəhşi flora və faunanın qanunsuz ticarəti probleminə çox zəruri olan diqqətin yetirilməsinə imkan yaradır. Sənəddə deyilir: “Həyəcan təbili döymək üçün səbəblər var. Brakonyerlər filləri dişlərinə, kərgədanları buynuzuna, panqolinləri pulcuğuna görə öldürürlər. Vəhşi flora və faunanın minlərlə növü, o cümlədən dəniz bağaları, pələnglər və çəhrayı ağac yox olma həddinə çatıb. Bu işdə müqəssir olan müəssisələr və fiziki şəxslər bəsirətsiz hərəkət edərək, birliklərə və areallara uzun müddətli zərər vuraraq, yalnız qazanc məqsədi güdürlər.

Bir çox hallarda onlar ölkədəki sabitliyin pozulmasında fəal iştirak edən transmilli mütəşəkkil cinayətkar şəbəkələr və qruplarla sövdələşməyə gedirlər. Birləşmiş Millətlər Təşkilatı və tərəfdaşları bu qeyri-qanuni ticarətlə mübarizə aparmaq öhdəliyi götürüb. Bundan ötrü bütün 193 üzv dövlət tərəfindən keçən il qəbul olunan Davamlı İnkişaf Gündəliyinə brakonyerliyin aradan qaldırılmasına dair aydın vəzifələr daxil edilib”.

Müraciətdə daha sonra qeyd edilir: “Ötən ay BMT-nin ətraf mühitlə bağlı Nayrobidə keçirilən ikinci Assambleyasında biz vəhşi flora və faunanı qorumaq üçün BMT-nin qlobal kampaniyaya başladığını elan etdik. “Wild Life” kampaniyasına BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin narkotiklər və cinayətkarlıq üzrə İdarəsi (UNODC) və məhv olmaq təhlükəsi altında olan vəhşi flora və faunanın beynəlxalq ticarəti haqqında Konvensiyanın katibliyi (CITES) rəhbərlik edir. Bu tədbir bütün iştirakçılara vəhşi flora və fauna ticarətinin aradan qaldırmağa töhfə verməyi təklif edir: adi vətəndaşlar qadağan edilən malları almaqdan imtina edə, hökumətlər isə növ və ekosistemləri qorumaq üçün effektiv siyasət aparmaqla dəyişikliyə nail ola bilər”.