XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2016 - 11:05

Niderland “erməni soyqırımı”nıtanımayacaq

Niderland 1915-ci il hadisələri ilə bağlı "soyqırım" ifadəsini işlətməyəcək.

Bu bəyanatla Niderland Krallığının baş nazirinin müavini Lüdovik Aşer çıxış edib. Bu barədə Anadolu Agentliyi məlumat yayıb. O bildirib ki, Krallıq 2004-cü ildə parlamentdə qəbul edildiyi kimi, bu hadisələrlə bağlı "problem" ifadəsini işlətməkdə davam edəcək. L.Aşer qeyd edib ki, Niderland belə məsələləri daha da qabartmaq əvəzinə Türkiyə ilə Ermənistan arasında dialoqun qurulması tərəfdarıdır.

Xatırladaq ki, Niderland parlamenti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini rədd etmişdi(azərtac).