XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2016 - 10:56

Ərdoğan:"Milyonların qəlbini fəth edən böyük idmançı və gözəl insan idi"

erdogan-baki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parkinson xəstəliyindən həyatını itirən əfsanəvi boksçu Məhəmməd Əli üçün şəxsi “Twitter” hesabından mesaj paylaşıb.

Musavat.com-un məlumatına görə, prezident Ərdoğan Məhəmməd Əlinin dünyasını dəyişməsi ilə bağlı bunları yazıb: “Dünən əbədiyyətə qovuşan Məhəmməd Əli milyonların qəlbini fəth edən böyük bir idmançı və gözəl insan idi”.

Məşhur idmançının daim irqçiliyə qarşı vuruşduğunu qeyd edən Türkiyə dövlət başçısı yazıb: “Məhəmməd Əlinin ömrü boyu irqçiliyə və ayrı-seçkiliyə qarşı verdiyi azadlıq mübarizəsi heç zaman unudulmayacaq”.

Sonda R.T.Ərdoğan “Əzmi, cəsarəti, qərarlılığı bütün insanlığa ilham qaynağı olan Məhəmməd Əliyə Allahdan rəhmət diləyirəm” deyə qeyd edib.