XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2016 - 12:00

İran Avropanın elektrik şəbəkəsinəqoşulmağa hazırdır

Avropa Energetika Xartiyasının baş katibi Urban Rusnakla Tehranda görüşən İranın energetika naziri Avropa ilə əməkdaşlığa hazır olduğunu bildirib.

BBC-nin məlumatına görə, Həmid Çitçiyan deyib ki, ölkəsi Avropa şəbəkəsinə bağlanmaq üçün tələb edilən potensiala malikdir. İran rəsmisi həmçinin bölgə əməkdaşlığı barədə danışıb. Onun sözlərinə görə Azərbaycan üzərindən Rusiya elektrik şəbəkəsinə qoşulmaq üçün Bakı ilə sövdələşmə əldə olunub. 

İki ay bundan əvvəl İran, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan arasında elektrik şəbəkəsinin yaradılmasına dair müzakirələrin keçiriləcəyi xəbər verilmişdi.

Həmid Çitçiyanın dediyinə görə, İranı Rusiya elektrik şəbəkəsinə bağlamaq üçün Gürcüstan və Ermənistanla razılaşma mövcuddur. O, Ermənistanla İran arasında iki ötürücü xəttin olduğunu və üçüncüsünün tikildiyini bildirib.

Azərbaycan qonşu dövlətlərin energetika sistemləri ilə əlaqələrin gücləndirilməsi üçün İranla cənubda, Rusiyayla şimalda və Gürcüstanla qərb istiqamətində yeni enerji təsərrüfat obyektləri quraşdırıb.

Tehran elektrik enerjisinin ixrac-idxalı və mübadiləsilə bağlı 7 qonşu ölkə ilə əməkdaşlıq edir. Hazırda İranın elektrik ixracı idxal həcmlərini üstələyir.