XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2016 - 14:17

Kerri Çinə xəbərdarlıq etdi:"Təxribat kimi qiymətləndiriləcək!" 

kerri-99

ABŞ dövlət katibi Con Kerri Çin tərəfindən Cənubi Çin dənizində hava hücümündan müdafiə zonasının yaradılmasını təxribat adlandırıb.

BBC xəbər verir ki, ABŞ dövlət katibui Pekinə xəbərdarlıq edib ki, Cənubi Çin dənizində hava hücümündan müdafiə zonasınıın yaradılması təxribat və sabitliyi pozan addım kimi qiymətləndiriləcək.

Monqolustana qısa səfəri zamanı Kerri jurnalistlərə bildirib ki, belə hərəkətlər Asiya ölkələri ilə Çin arasında gərginliyi artırır.

Çin rəsmilləri Kerrinin tənqidini rədd edərək hədələrdən qorxmadıqlarını bildiriblər. 

Bölgə dövlətləri ilə Çin arasında Cənubi Çin və Şərqi Çin dənizlərində ərazi sularının sərhədinə dair ziddiyyətlər var. Cənubi Çin dənizində "Spratly" adalarına Çinlə yanaşı Vyetnam, Tayvan, Malayziya, Filippin və Bruney də iddialıdır. Həmin adalarda iri neft və qaz yataqları var. 2014-cu ildə Çin hərbi infrastrukturun yerləşdirilməsi məqsədilə "Spratly"nin bir neçə rifinin adaya çevrilməsi layihəsini başa çatdırıb.