XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2016 - 16:23

Donbasda 1000-dən çox Ukrayna əsgəriqeyri-döyüş şəraitində ölüb

Donbasdakı münaqişə zonasında 1000-dən çox Ukrayna əsgəri qeyri-döyüş şəraitində həlak olub.

BBC xəbər verir ki, bunu Ukraynanın baş hərbi prokuroru Anatoli Matios bildirib: "Mindən çox əsgər ölüb, üç mini yaralanıb. Bütün bunlar qeyri-döyüş şəraitində baş verib. Kimisi silahdan ehtiyatsız istifadədən, kimisi dedovşinadan və buna bənzər digər səbəblərdən".

Baş hərbi prokuror qeyri-döyüş şəraitində baş vermiş hərbi itkiləri müharibənin fəsadları, post-travmatik stress sindromu və cəmiyyətdə barış ab-havasının olmaması ilə izah edib.

BMT-nin son hesabatına əsasən, Ukraynanın şərqində iki ildən çoxdur davam edən münaqişə nəticəsində 9404 adam həlak olub, 21671 nəfər yaralanıb.