XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 08:11

Hilları Klinton finişə yaxınlaşıb –Demokratların namizədi Kaliforniyada müəyyənləşəcək

klinton-tramp-1

ABŞ-da  prezident seçkilərində namizəd olmaq uğrunda mübarizə çərşənbə axşamı günü Kaliforniya ştatında son praymerizlə(ilkin seçkilər)  başa çatacaq.

Ən çox əhalisi olan ştatda keçiriləcək praymeriz Demokratlar Partiyasının iki təmsilçisi Hillari Klintonla Berni Senders arasında nominantı müəyyən edəcək.

​Son rəy sorğularına görə, Kaliforniyada mübarizə olduqca gərgin keçəcək. Klinton və Sanders namizəd statusu almaq uğrunda ciddi mübarizə aparır. Onların hər ikisinin də hədəfində respublikaçı namizəd Donald Trampdır alır.

"Donald Trampın ideyaları yalnız fərqli deyil, təhlükəli dərəcədə əlaqəsizdir"- deyə Klinton bildirib.

Vermont senatoru Sanders isə bildirib ki,  o, real problemlərə cavab olmadıqda, insanları axmaq yerinə qoyur: “ Trampa bizi parçalamasına yol verməyəcəyik”.  

Tramp isə öz növbəsində buna cavab olaraq Klintonun dövlət katibi vəzifəsində ikən elektron poçt qalmaqalına bir daha toxunub:  “Hillari Klinton həbs edilməlidir. Məncə o, gecələr yata bilməyənlərə nitqlərini satmaqla yaxşı pul qazana bilər”.

Tramp federal hakimin ona qarşı qərəzli olduğunu deyib və bunu onun Meksika əsilli olması ilə izah edib.

Tramp Konqresin nüfuzlu respublikaçı nümayəndələrinin dəstəyini qazanıb. Lakin onların əksəriyyəti milyarder namizədin çıxışlarında səslənən bir çox fikirlərdən gileylənir.

Təhlilçilərin fikirincə, Kaliforniyadakı praymerizdən sonra H.Klinton Demokratlar Partiyasının namizədi kimi seçiləcək. Demokratlar Partiyası iyul ayında Filadelfiya ştatında keçiriləcək qurultayında namizədinin adını açıqlayacaq. H.Klinton artıq ilkin seçkilərdə partiyanının namizədi seçilmək üçün zəruri olan səsləri toplaya bilib. Böyük ehtimalla H.Klinton daha bir ilkə imza ataraq ABŞ tarixində prezidentliyiə ilk qadın namizəd olaraq tarixə düşəcək.  

Strateq.az