XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 09:17

Səudiyyə Ərəbistanıİranı Avropa neft bazarında sıxışdırmağa çalışır

neft dollar

Səudiyyə Ərəbistanı dövlət neft şirkəti Saudi Aramco  Avropa istehlakçıları üçün neftin qiymətini aşağı salıb, ABŞ üçün isə bahalaşdırılıb.

Bu barədə ABŞ-ın nüfuzlu The Wall Street Journal  qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, səudiyyə neftinin 1 barreli şimal-qərb və Aralıq dənizi regionu üçün 35 sent aşağı salınacaq. ABŞ istehlakçıları isə səudiyyə neftini 10 sent baha alacaqlar. Söhbət iyul ayı üçün bağlanacaq müqavilələrdən  gedir.

Ekspertlər hesb edir ki, Avropa üçün qiymətin aşağı salınması fevral ayından sonra İranın qitənin neft bazarına qayıtması ilə bağlıdır.

Hazırda Səudiyyə Ərəbistanı sutkada 800 min barral neft ixrac edir. İran isə xarici bazarlara bundan iki dəfə az neft satır. Tehran yaxın zamanlarda bu göstəricini 700 min barrelə çatdırmaq üçün çalışır.

Xatırladaq ki, Vyanada iyunun 2-də keçirlən OPEC toplantısında neft hasilatının müəyyən həddə “dondurulması” ilə bağlı razılıq əldə olunmamışdı.

OPEC-in növbəti toplantısı isə noyabr ayında keçiriləcək.

Strateq.az