“Səksən min muzdlu terrorçu Türkiyə və ya İordaniya sərhədləri ilə Suriyaya daxil olub”.
Strateq.az bildirir ki, bu bəyanatla Suriyanın BMT-dəki nümayəndəsi Bəşşar Əlcəfəri çıxış edib.
Suriyanın “Əl-nəşr” qəzeti Suriya rəsminin bu açıqlamasını yayıb. Bəşşar Əlcəfərinin sözlərinə görə, BMT-nin baş katibi və ya onun müavinləri tərəfindən verilən məlumatlarda xeyli problemli məqamlar var. ” Suriya ölkə böhranının həlli üzrə hər cür müsbət anlaşmaya hazırdır”-deyə o vurğulayıb.
BMT-dəki nümayəndə KİV-lərdə aparılan anti-Suriya kampaniyasında əsas məqsədin Suriya dövlətinin imicini pozmaq olduğunu bildirib. Əlcəfəri bəyan edib ki, ABŞ, İsrail və İordaniya “Əl-Nüsrə Cəbhəsi”nin başçılıq etdiyi “Ceyşulmuk” və “Cəyşulfəth” qruplarına təlim keçir.
X.SƏFƏRLİ