XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 10:05

Aktobada terror təhlükəsinin “qırmızı” səviyyəsi tətbiq edildi

qazax

Qazaxıstanın qərbindəki Aktoba şəhərində ən yüksək terror səviyyəsi – “qırmızı” – tətbiq edildi.

Strateq.az “Tengrinews.kz”-ə istinadən bildirir ki, yerli sakinlərə uyğun sms-lər göndərilir. Şəhərdə antiterror əməliyyatı davam edir. Aktübinsk vilayətinin qubernatoru Berdiberk Saparbayev əmin edib ki, durum nəzarətdədir, lakin vətəndaşlar ayıq-sayıq olmalıdırlar.

Bazar günü Aktobanın üç rayonunda atışma baş verdi, naməlum şəxslər iki silah mağazasına və hərbi hissəyə hücum etdilər. Güc qurumları özəl əməliyyatın gedişində dörd cinayətkarı öldürdü, daha yeddisi saxlandı. Altı nəfər hücum qurbanı oldu, onların üçü hərbçidir. On nəfər isə yaralanıb.

Qazaxıstan DİN-in məlumatına görə, həmləni “radikal qeyri-ənənəvi dini cərəyanın” təmsilçiləri təşkil edib.

Respublika parlamenti Senatının sədri Qasım-Jomart Tokayev hadisəni terakt adlandırıb.