XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 13:53

Nazarbayevi devirməyə cəhd ediblər:Bir qrup yüksək vəzifəli qazax məmur saxlanıldı

aktobe-1

 

Qazaxıstanda bir qrup yüksək vəzifəli məmur və hərbçi hakimiyyəti ələ keçirmək cəhdində şübhəli bilinərək saxlanılıb.

“İnterfaks”ın yaydığı məlumata görə, bu barədə  Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Şübhəli şəxslər arasında Qazaxıstan baş prokurorunun sabiq birinci müavini, Konstitusiya Şurasının keçmiş üzvü, ikinci dərəcəli dövlət ədliyyə müşaviri İlyas Baxtıbayev və Cənubi Qazaxıstan vilayətinin daxili işlər departamentinin keçmiş rəisi general-mayor Doskaliyevin adı var.

Saxlanılan şəxslər istintaq təcridxanasına aparılıb.  Hazırda araşdırma gedir.

Qazaxıstanın Aktobe şəhərində baş vermiş terror aktı zamanı ölənlərin sayı isə 17 nəfərə çatıb. Daxili İşlər Nazirliyinin dövlət dili və informasiya departamentinin direktoru Almas Sadubayevin məlumata görə, onlardan üçü yerli sakin, üçü hərbçi, 11 nəfər isə ekstremistdir.

O bildirib ki, ekstremistlər əvvəlcə silah mağazasına hücum ediblər. Onlar satıcını öldürüb, mühafizə xidməti əməkdaşının birini güllələyib, digərini isə yaralayıblar. Sonra 3 polis əməkdaşı yaralanıb. Mağazaya hücum edənlər 17 odlu silah, 3 qaz tapançası, güllə və bıçaqlar götürüblər. Bundan sonra ekstremistlərin bir hissəsi digər silah mağazasına hücum edib. Hücum zamanı müştərilərdən biri öldürülüb. Digər ekstremistlər ələ keçirdikləri avtobusla hərbi hissənin darvazasını qırıblar. Sonra orada Milli Qvardiyanın döyüşçüləri ilə döyüş olub. Atışma zamanı 3 hərbçi ölüb.