XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 15:58

Pedaqoji elmlər namizədi Ermənistan Milli Təhlükəsizlik Şurasınınkatibi təyin ediib

armen

Ermənistan Milli Təhlükəsizlik Şurasının  katibi vəzifəsinə yeni təyinat olub.

Strateq.az bildirir ki, prezident Sərkisyanın fərmanı ilə pedaqoji elmlər namizədi Armen Gevorkyan bu vəzifəyə təyin edilib. Bununla bağlı prezidentin mətbuat xidməti açıqlama yayıb.

1973- cü ildə Yerevanda anadan olmuş Armen Gevorkyan Orenburq dövlət pedaqoji universitetində, 1992-1993-ci illərdə isə Sank t -Peterburq Dövlət Xidməti İnstitutunda oxuyub.

1995-96-cı illərdə Hollandiyanın Tvent ali məktəbindəki magistraturada təhsil alıb. 1997-98-ci illərdə o zaman baş nazir olan Serj Sərkisyanın köməkçisi olub. 1998-ci ildən Prezident Aparatının rəhbərinin birinci müavini postuna təyin olunub.

2000-2006-cı illərdə Ermənistan prezidenti Koçaryanın birinci köməkçisi işləyib.2006-2008-ci illərdə Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutub. 2008-2014-cü illərdə baş nazirin müavini, ərazi idarəetmə naziri olub.