XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 16:13

İran prezidenti Ermənistana gedir

ruhani serj

İran prezidenti Həsən Ruhani yaxın zamanlarda Ermənistana səfər edəcək.

Strateq.az bildirir ki, bu barədə o, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü zamanı bildirib.

Görüşdə Qarabağ münaqişəsi də müzakirə edilib. Ruhani bildirib ki, İran həmişə regionda sülh və sabitliyin olması üçün çalışıb. O, qeyd edib ki, İran Qarabağ münaqişəsinin yalnız sülh yolu və beynəlxalq hüquq prinsipləri əsasında həll olunmasının tərəfdarıdır.

Tərəflər həmçinin iki ölkə arasında birgə iqtisadi proqramların reallaşdırılmasnı nəzərdə tutan sazişlər barədə danışıq aparıblar. İran prezidenti bildirib ki, iki ölkə arasında böyük əməkdaşlıq potensialı var.