XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 18:27

Qondarma “DQR”də hərbi çevriliş təhlükəsi:“Gəlmişəm, öz xalqıma dəstək olum”

samvel-gener

Qalmaqalla Qarabağa qayıdan Qarabağ qüvvələrinin keçmiş komandanı Samvel Babayan bir sıra bəyanatlarla çıxış edib ki, bu da apreldə erməni tərəfinin məğlubiyyətindən sonra yaranmış gərginliyi daha da artırıb.

Babayan Qarabağ Silahlı Qüvvələrinə rəhbərlik etməyə hazır olması barədə öz tərəfdarlarının fikirlərini təkzib etməyib. “Mən bura gəldim ki, öz xalqıma dəstək olum, məni nə əvvəlki, nə də indiki post narahat etmir. Hər şeyi xalq həll edəcək”, – deyə o vurğulayıb.

Sonra o bildirib ki, Azərbaycan  silahlanmaqda davam edir və İsraildən  dörd divizion “Dəmir qübbə” raket əleyhinə müdafiə sistemi alıb. 

Babayan separatçıların lideri Bako Saakyanın onunla görüşdən imtina etməsilə bağlı narazılığını gizlətməyib. Halbuki, bu görüş öncədən vəd edilmişdi. Arminfo bildirir ki, bundan sonra Babayanın yüzlərlə tərəfdarı mitinqə toplaşaraq onun müdafiə naziri təyin edilməsinə nail olmaq üçün təşəbbüs qrupunun yaradıldığını bəyan ediblər. Onların sözlərinə görə, iyunun 6-da bu məqsədlə böyük mitinqin təşkili və təşəbbüs qrupunun yaradılması üzrə iş başlayıb. (Turan İA)

Həmin gün Ermənistanın müdafiə naziri Seyran Ohanyan Qarabağa gəlib və qoşunlara baş çəkib. Şübhə yoxdur ki, Babayan hərbçilər arasında böyük nüfuza sahibdir və zabitlərin çoxu  onun Qarabağ qüvvələri rəhbərliyinə qayıtması ideyasını dəstəkləyir.

Bütün bunlar ondan xəbər verir ki, hərbçi qrupları ilə Ermənistan və Qarabağdakı ayrı-ayrı siyasi qüvvələr arasında gərginlik və qarşıdurma artacaq. Hətta silahlı qarşıdurma və çevriliş də mümkündür. Nəticədə də Babayan hakimiyyətə  gələcək və ya məhv ediləcək. İstənilən halda, bu, Ermənistanın və Qarabağın hərbi potensialını zəiflədəcək.

Xatırladaq ki, Babayan 1993-1995-ci illərdə Qarabağ qüvvələrinə rəhbərlik edib. 2011-ci ildə separatçıların o zamankı lideri Arkadi Qukasyana qarşı sui-qəsdə cəhdə görə həbs olunaraq 14 il mühakimə edilmişdi.

2012-cu ildə əfv olunaraq Ermənistana qovulub. Bir neçə dəfə bizneslə məşğul  olmaq cəhdləri boşa çıxdıqdan sonra Rusiyaya gedib və iki həftə öncə oradan qayıdıb.