XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 22:03

Rus yazıçı Kremli Qazaxıstana hücuma səslədi:"Rusiya torpaqları geri almasa, axmaqlıq edəcək"

limonov

Rusiyalı yazıçı və müxalifətçi Eduard Limonov Qazaxıstanın Aktobe şəhərində baş verən hadisələri öz bloqunda şərh edib.

Strateq.az Avropa.info-ya istinadla xəbət verir ki, Limonov rusları öz “tarixi torpaqlar"ını geri almağa çağırıb: “Rusiya sərhədindəki Qazaxıstanın daxilində yerləşən “tarixi” rus şəhərlərini – Uralskdan şərq sərhədlərinədək torpaqları – geri qaytarmağa cəhd etməsə, tam bir axmaqlıq edəcək. Xatırladım ki, rusların sayı Qazaxıstanda 4 milyon nəfərdir. Rusdillilər də çoxdur. Təkcə almanların sayı bir milyon nəfərdir. Və bu ərazi cəmi 17 milyon nəfər əhalinin payına düşür”.

Eduard Limonov Qazaxıstanda böyük perspektivlərin olduğunu diqqətə çatdıraraq Kremli oradakı rusların taleyinə daha çox diqqət ayırmağa çağırıb. O, Aktobedəki terror aktını "vətəndaş müharibəsi" adlandırıb. 

Xatırladaq ki, Eduard Limonov 2001-2003-cü illərdə Şimali Qazaxıstanda separatçı dövlət yaratmaq məqsədilə qanunsuz silahlı dəstə yaratmaq və silah saxlamaq ittihamı ilə 2 ilini həbsdə keçirib.