XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 12:09

Poroşenko əsas rəqibini “vurdu” – MTN şefi istefaya göndərildi
Ukrayna parlamenti ölkə təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalivayçenkonun istefaya göndərilməsinə səs verib.
450 deputatdan 248-i onun işdən azad olunması ilə bağlı prezident Petro Poroşenkonun təklifini dəstəkləyib.
49 yaşlı nazir bu vəzifəyə Poroşenko 2014-cü ilin mayında prezident seçilməzdən 3 ay əvvəl təyin olunmuşdu və heç vaxt prezidentin tərəfdarı kimi görünməyib.
Ukrayna mətbuatının yazdığına görə Poroşenko bu yaxınlarda onu xarici kəşfiyyat idarəsinə rəis təyin etməyə cəhd göstərib.
Ukraynada çoxları ona prezidentliyə əsas namizəd kimi baxır(Musavat.com).