“Axtarışda olan şəxs rəsmi nümayəndə kimi qəbul edilməməlidir”
Gürcüstan parlamentinin eks-spikeri, “Birləşmiş demokratik hərəkat”ın lideri Nino Burcanadze vətənində axtarışa verilmiş eks-prezident Mixail Saakaşviliyə ABŞ Senatının Avropa məsələləri üzrə əməkdaşlıq və regional təhlükəsizlik altkomitəsindəki dinləmələr zamanı çıxış imkanı verilməsini təhqiramiz hesab edir.
Strateq.az “Novosti-Qruziya”ya isnadən xəbər verir ki, hazırda Ukrayna prezidentinin ştatdankənar müşaviri və Ukrayna prezidenti yanında islahatlar beynəlxalq məsləhət şurasının sədri Saakaşvili martın 4-də ABŞ Senatının altkomitəsində çıxış edib.
Burcanadze bildirib: “Qərbin Gürcüstanıın suverenliyinə hörmət etməsi nə deməkdir? Gürcüstanınn suverenliyinə hörmət, birinci növbədə, ölkədəki mövcud hökumətə və onun qəbul etdiyi qərarlara sayğı deməkdir. Hökumətin axtardığı şəxs isə bir ölkənin ali orqanlarında rəsmi nümayəndə kimi qəbul edilməməlidir”.