XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 March 2015 - 10:03

Amnesty International İranın doğuşla bağlı səylərini bəyənmir

İran doğuşun artmasıyla bağlı qanunlar hazırlayıb

Картинки по запросу женщины ирана

Amnesty International beynəlxalq hüquq müdafiəsi qurumu İran hökumətinin ölkədə doğuşun artmasına yönəlmiş səylərini tənqid edib.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, İran hökuməti əvvəllər qadınların daha çox uşaq doğmasını şərtləndirəsi bir neçə qanun layihəsi təqdim edib. Qanun layihələrindən biri kontraseptivlərin reklamını, həmçinin qadınların könüllü sterilizasiyadan keçməsini qadağan edir. Daha bir qanun layihəsi uşağı olmayan qadınların işə düzəlməsi zamanı bir sıra məhdudiyyətləri nəzərdə tutub. Hüquq müdafiəçilərinin fikrincə, bu cür qanunvericilik təşəbbüsləri qadın hüquqlarının aşağılanmasıdır.

Tehran indiyədək doğuşu nəzarətə götürməyə cəhd etməyib, lakin ölkə hökuməti əhalinin qocalması problemindən rahatsızdır.