XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 17:40

Türkiyəli nazirdən anons:İsraillə ittifaq bərpa olunur

cavusoqlu

Ankara və Tel-Əviv ikitərəfli münasibətlərin normallaşdırılması haqqında müqaviləni imzalamağa yaxınlaşıblar.

Bunu TRT televiziyasına müsahibəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

Onun sözlərinə görə, bu razılaşmanın imzalanması üçün hər iki tərəfə 1-2 görüş kifayət edəcək. O, İsrailin Qəzza sektoruna qarşı blokadanı arada qaldırmasının Türkiyə üçün vacib olduğunu bildirib(Axar.az).

Qeyd edək ki, İsrail-Türkiyə münasibətləri 2010-cu ildə İsrail hərbçilərinin “Mavi Mərmərə” gəmisinə hücumundan sonra pozulub. Bundan öncə iki ölkə arasında münasibətlər ən yüksək səviyyədə olub.