XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2015 - 00:40

Avrozona tərəfdarları Yunanıstanda aksiyalara başladılar – “Biz avropalıyıq”
Yunanıstanın Avropa İttifaqında və avrozonada qalmasının tərəfdarları paytaxt Afinada nümayiş keçirib.

“Anadolu” agentliyininin yaydığı məlumata görə, Yunanıstan parlamentinin binası qarşısındakı “Sintagma” meydanına toplaşan minlərlə insan hökumətin siyasətinə qarşı etirazlara başlayıblar.

Etirazçılar “Yunanıstan Avropaya aiddir”, “Biz Avropalıyıq” kimi şüarlar səsləndirərərk, Avropa İttifaqının bayraqlarının dalğalandırıblar.

Nümayişçilərin əsas tələbi Yunanıstanla Avropa İttifaqı arasında aparılan danışıqların gedişi ilə bağlıdır. Etiraz aksiyasında müxalif Yeni Demokratiya Partiyasının üzvləri fəallıq ediblər.