XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 12:11

Saakaşvili çadıra köçdü:“O vaxta qədər burada qalacam” – FOTO

saakas-cadir

"Odessa-Reni trasında təmir işləri yekunlaşanadək, həmin ərazidə quraşdırılan çadırda çalışacam". 

“112 Ukrayna” telekanalının yaydığı məlumata görə, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili iyunun 5-də bəyan edib. 

Telekanalın məlumatına görə, yol kənarında quraşdırılan çadırın üzərində “Odessa vilayəti Dövlət Administrasiyasının başçısı Mixail Saakaşvilinin müvəqqəti kabineti” yazılıb.

“Bu yolun təmirinin yekunlaşdırılmasına nə qədər vaxt lazım gələrsə, o qədər burada qalacam”, – Saakaşvili bəyan edib. 

O, həmçinin işlərin intensivliyi və maliyyələşdirilməsindən narazı olduğunu qeyd edib. 

Təmir işləri 1940-1950-ci illərdə inşa edilən Odessa-Reni yolunda aparılacaq. (oxu.az)