XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 14:19

Dünyada cəmi 10 dövlətdə münaqişə yoxdur:Azərbaycan 134- cü yerdədi – Hesabat

munaqise

Dünya getdikcə daha təhlükəli olur və cəmi 10 ölkədə münaqişə getmir.

Strateq.az bildirir ki, yenicə açıqlanmış 10-cu Qlobal Sülh İndeksində belə deyilir. İndeksi İqtisadiyyat və Sülh İnstitutu hazırlayır.

163 müstəqil dövlətdə sülhün durumu 23 keyfiyyət və kəmiyyət göstəricisinə əsasən dəyərləndirilir. Bu indeks 3 əsas kriteriya – cəmiyyətdə təhlükəsizlik səviyyəsi, yerli və beynəlxalq münaqişələrin miqyası və hərbləşdirmə dərəcəsinə əsasən hazırlanır.

Dünyanın ən dinc ölkəsi İslandiyadır. İslandiyadan sonra Danimarka, Avstriya, Yeni Zelandiya və Portuqaliya gəlir. Ən təhlükəli ölkə isə Suriyadır. Suriyada 5 ildən çoxdur vətəndaş müharibəsi gedir.

Azərbaycan 163 ölkə içində 134-cü, Ermənistan 110-cu, Rusiya 151-ci, Gürcüstan 85-ci yerdə qərarlaşıb. Ukrayna sülh indeksinə görə, 156, İran 133, Əfqanıstan 160-cıdır.

Avropa ən dinc region elan olunub. İlk onluqdakı yeddi ölkə məhz Avropada yerləşir.

İndeksə əsasən, yalnız Botsvana, Çili, Kosta-Rika, Yaponiya, Mavriki, Panama, Qətər, İsveçrə, Uruqvay və Vyetnamda heç bir münaqişə baş vermir.

İqtisadiyyat və Sülh İnstitutunun rəhbəri Stiv Killelea «The Independent» qəzetinə deyib ki, dünyanı müharibə şəraitinə sürükləyən Yaxın Şərqdə baş verənlərdir. «Son on ildə Yaxın Şərqi bu indeksdən çıxarsaq, dünyanın mənzərəsi daha dinc görünər. Doğrudan da, Yaxın Şərqin dünyaya təsiri böyükdür».