XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 14:27

Qazaxıstanda gərginlik:Aktobedə xüsusi əməliyyat başladı

Qazaxıstanın qərbində yerləşən Aktobe şəhərinin rayonlarının birində güc strukturları tərəfindən xüsusi əməliyyat keçirilir.

Əməliyyat Sankibay-batıra prospektində yerləşən “Akbobek” uşaq təhsil mərkəzinin yaxınlığında aparılır.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Aktobe şəhərindəki silah mağazalarına hücum edən bütün yaraqlıların həbs olunaraq ağır şəkildə cəzalandırılmasını vacib sayıb və saxlanılan zaman müqavimət göstərənlərin məhv edilməsi əmrini verib.

Xatırladaq ki, iyunun 5-də Aktobe şəhərində naməlum silahlı qruplar iki silah mağazasına və hərbi hissəyə hücum ediblər. Hadisə nəticəsində üç mülki şəxs və üç hərbçi həlak olub. Hücumda iştirak edən yaraqlılardan 13-nün öldürüldüyü, 6-sının isə hadisə yerindən uzaqlaşmağa nail olduğu bildirilir (azərtac).