İran, Rusiya və Suriyanın müdafiə nazirləri sabah Tehranda bir araya gələrək terrorizm ilə mübarizə mövzusunu müzakirə edəcəklər.
Strateq.az İRİB-ə istinadən verdiyi məlumata görə, İran İslam Respublikasının müdafiə naziri, general – mayor Hüseyn Dehqanın rəsmi dəvəti əsasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriya xarici işlər naziri Fəhəd Casim əl-Fəric sabah, cümə axşamı Tehranda keçiriləcək üçtərəfli görüşdə iştirak edəcəklər.
Bu iclasda regionun təhlükəsizlik durumu, o cümlədən Suriya olayları müzakirə ediləcək və terrorizm ilə mübarizənin genişləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.