XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

19 İyun 2015 - 07:49

Çexiyalı deputat Yerevanda Qarabağdan danışdı: “İşğal etdiyiniz əraziləri niyə qaytarmırsınız?”

nato seminar.jpg

Yerevanda keçirlən NATO PA-nın seminarında iştirak edən çexiya parlamentinin deputatı Milan Sarapatki Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal altında saxladığı ərazilərlə bağlı məsələni qaldırıb.

Strateq.az bildirir ki, seminarda işitrak edən çex deputat bildirib ki, zaman Ermənistanın əleyhinə işləyir. “Erməni tərəfi strateji məqsədlərə görə işğal etdiyi əraziləri geri qaytarmağa hazırdırmı?” – deyə çex deputat sual edib.

Ermənistan XİN müavini Aşot Ovakimyan suala cavabdan yayınıb. Nazir müavini bildirib ki, hazırda söhbət münqaişənin dinc yolla həllindən gedir: “Ərazilərin geri qaytarılması qarşılıqlı güzəşt demək deyil. Bu, problemin birtərəfli yolla həllidir. Əgər belə davam etsək, problemin həllinə nail ola bilməyəcəyik”. Ovakimyan deyib ki, Qarabağ probleminin həlli hər iki tərəfin gedəcəyi qarşılıqlı güzəştlərdən asılıdır.

X.SƏFƏROĞLU