XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 02:16

İsrail paytaxtında terror –4 nəfər öldü, 6-sı yaralandı

israil

Tel-Əvivdə törədilən terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 6 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə İsrail televiziyası xəbər verib.

Məlumata əsasən, iki nəfər İsrail müdafiə nazirliyi binasının yaxınlığında yerləşən “Sorona” ticarət mərkəzinin kafesində atəş açıb. Onların polis tərəfindən saxlanıldığı bildirilir. İsrail televiziyası xəbər verir ki, terrorçulardan biri yaralanıb, digəri isə artıq istintaq tərəfindən dindirilir.

İsrailin baş naziri Benyamin Netanyahu hadisə ilə əlaqədar Tel-Əvivdə hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə xüsusi iclas keçirib.