XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 March 2015 - 10:57

Amerika əsgərləri Baltikyanı ölkələrə gəlir

Matye: “Hər necə olsa da, Rusiya və NATO rasional davranır”

Картинки по запросу американские солдаты в прибалтике

Birləşmiş Ştatlar rus təhlükəsi qarşısında Şimali Atlantika Alyansının sərhədlərini qorumaq əzmi nümayiş etdirir.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, fransız politoloqu Etyen Dübüi Amerika əsgərlərinin öncələr heç vaxt Baltikyanı ölkələrə gəlmədiklərini qeyd edir: “Son günlər 3000-ədək hərbçinin keçmiş sovet respublikalarında – Estoniya, Latviya və Litvada yerləşdirilməsinə başlanıb ki, üçaylıq təlimlərdə iştirak etsinlər. Amerika hərbçiləri daimi dislokasiya yerinə qayıtsalar da, öz silah və texnikalarını, xüsusən də Abrams tanklarını, universal Humvee-ləri və helikopterləri Baltikyanı respublikalarda qoyacaqlar”.

Bu gəliş Rusiya ilə həmsərhəd olan və rus icmalarının yaşadığı Baltikyanı ölkələrdə güclü narahatlıq doğuran rus hərbi müdaxiləsi ehtimalıyla bağlıdır. Qərb düşərgəsinin görkəmli təmsilçiləri də bu təhlükəni ciddi qəbul edirlər. Belə ki NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bildirib ki, Kremlin ABŞ və onun müttəfiqlərini sınamaq üçün Baltik bölgəsinə müdaxiləsi ehtimalı böyükdür.

üç Baltik dövləti Ukraynadan fərqli olaraq NATO-nun üzvüdür. Bu o deməkdir ki, bu ölk
ələrdən birinə hücum Şimali Atlantika bloku nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq bütün üzv ölkələrə hücum kimi dəyərləndiriləcək və NATO-nun bütün üzvləri təcavüz qurbanına köməyə atılacaq.

Tartu Universitetinin politoloqu Matye Şilo hesab edir ki, Baltik ölkələrinə 3000 hərbçinin göndərilməsi bu gün ən baxımlı mənzərədir: “Bu gəliş hərbi baxımdan gülünc görünür. Rusiya istəsəydi, bölgəni asanca işğal edərdi. Lakin Amerika qoşunlarının əməliyyatı dərin rəmzi mənaya malikdir. Onlar buralarda az-az görünüblər, lakin bu gün çox saydadırlar. Həm də tanklarla”.

Matye Şilo rus hücumu ehtimalına inanmır: NATO ölkələrinə ilişmək Kreml üçün intihar olardı. Ekspert deyir ki, “Rusiya öz qırıcılarını Baltik dövlətlərinin hava məkanına göndərirsə və yaxud bu ölkələrin sərhədində Belorusla quruda təlimlər keçirirsə, bu onunçundur ki, yada salsın: o bu bölgədə başlıca dövlətdir və onunla hesablaşmaq lazımdır. özgə heç nə”.

Matye yazır ki, “Hər necə olsa da, Rusiya və NATO rasional davranır. Onlar əzələ nümayiş etdirir, lakin Baltik dənizində gərginliyin eskalasiyasında maraqlı deyil. Onlar Yaxın Şərqdə daha böyük və ümumi təhlükəyə qarşı durur”.