XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 13:56

“Baş verənlər təsadüfi deyil, Nazarbayev gərək indi çox ehtiyatlı olsun” –Məşhur yazıçı

nazarbayev

"Aktobedə baş verən hadisələr təsadüfi deyil".

Bunu jurnalistlərə açıqlamasında məşhur qazax yazıçısı Oljas Süleymenov söyləyib. Onun sözlərinə görə, bu hadisələr öncədən hazırlanıb:

“Mənim bildiyim budur ki, hakimiyyət gərək indi çox ehtiyatlı olsun. Onlar çalışmalıdır ki, bizim 25 il qaçdığımız prosesin həyata keçməsinə imkan verməsinlər. MDB-nin demək olar ki, bütün respublikalarında bu hadisələr müxtəlif formalarda baş verib. Biz onu inqilab, digərləri isə başqa cür adlandırıblar. Destabilizasiyaya Rusiya da daxil olmaqla bütün respublikalar məruz qalıb. Yalnız Qazaxıstan bundan yayına bilib. Məncə, hökumətlə yanaşı, ictimaiyyət də çox diqqətli olmalıdır”(Axar.az).

Qeyd edək ki, bir müddət öncə Aktobe şəhərində naməlum şəxslər bir neçə ticarət obyektinə və hərbi hissəyə hücum edib. Rəsmi Astananın yaydığı məlumata görə, indiyə qədər 13 terrorçu məhv edilib.