Bu gün səhər Moskva vilayətinin Puşkin rayonunda MiQ-29 çoxməqsədli qırıcı təyyarə qəzaya uğrayıb.
Rusiya Müdafiə Nazirliyi Moskva vilayətində təyyarənin qəzaya uğraması xəbərini təsdiqləyib. "RİA Novosti"nin məlumatına görə, qəzaya uğrayan Su-27 qırıcı təyyarəsidir. Hadisə nəticəsində pilot həlak olub. Onun cəsədi partlayan təyyarənin yaxınlığında tapılıb. Hazırda Rusiya Müdafiə Nazirliyində yaradılmış komissiya qəza yerində araşdırma aparır.
Strateq.az