XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 18:32

Fələstinlilərə İsrail ərazisinə daxil olmaqqadağan edildi

Fələstinlilər Ramazan ayı boyunca İsrailə gedə bilməyəcəklər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu qadağa dünən İsrailin paytaxtı Tel-Əvivdə baş verən, 4 nəfərin ölümünə, 7 nəfərin yaralanmasına səbəb olan terror aktına görə tətbiq edilir.

Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Teraktı törətməkdə təqsirli bilinən iki fələstinlidən biri saxlanılıb, biri də ağır vəziyyətə xəstəxanaya yerləşdirilib.

Fələstinin Xevron əyalətindən olan bu şəxslər qohumdular.  

İsrail baş naziri Binyamin Netanyahu Tel-Əvivdə baş verən teraktla bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə fövqəladə iclas keçirib. Netanyahu məlum olayın çağırış olduğunu və layiqli cavabının veriləcəyini bildirib.